Bank Of Baku

BMT-nin bas katibi Beynəlxalq Gənclər Günü münasibəti ilə dünya ölkələrinə müraciət edib

BMT-nin bas katibi Beynəlxalq Gənclər Günü münasibəti ilə dünya ölkələrinə müraciət edib
# 08 avqust 2007 15:57 (UTC +04:00)
BMT-nin bas katibi Ban Ki Mun 12 avqust - Beynəlxalq Gənclər Günü münasibəti ilə dünya ölkələrinə müraciət edib. BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı nümayəndəliyindən APA-ya daxil olan müraciətdə qeyd edilir ki, hər il qeyd olunan Beynəlxalq Gənclər Günü 1,2 milyonluq dünya gənclərinə lazımi diqqət göstərmək, onların nailiyyətlərini təbliğ etmək və cəmiyyətin bütün sahələrində gənclərin iştirakına təkan vermək üçün gözəl bir fürsətdir: “Builki bayram tədbirləri “Özünüzü göstərin, səsinizi duyurun: İnkişaf naminə gənclərin iştirakı” şüarı altında keçiriləcək. Hökumətlərdən gənclərlə bağlı Ümumdünya Tədbirlər Proqramında gənclərin onlara aid bütün siyasi qərarlarda iştirakını nəzərə almaq xahiş olunur. Hökumətlər bu öhdəliklərini yerinə yetirməlidirlər. Bundan əlavə, gənclərin faydalana biləcəyi maliyyə yardımları, təhsil imkanları və texniki dəstəyi artıraraq öz potensiallarını realizə etməkdə onlara kömək etməlidirlər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR