Bank Of Baku

Yolçu Xanvəli: “Azərbaycan Böyük Britaniyadan mal əti idxal etmir və bu ölkədə yayılan dabaq xəstəliyinin ölkəmizə təsiri gözlənilmir”

Yolçu Xanvəli: “Azərbaycan Böyük Britaniyadan mal əti idxal etmir və bu ölkədə yayılan dabaq xəstəliyinin ölkəmizə təsiri gözlənilmir”
# 08 avqust 2007 16:36 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat mərkəzinin rəhbəri Yolçu Xanvəli bildirib. Y.Xanvəlinin sözlərinə görə, Avropa İttifaqı və Beynəlxalq Epizodik Büronun qərarlarını nəzərə alaraq, hələ 5 il əvvəl Böyük Britaniyadan mal ətinin ölkəyə gətirilməsinə qadağa tətbiq edib: “Biz bu gün Böyük Britaniyadan mal əti və ət məhsulları idxal etmirik. Əgər iş adamları tərəfindən müraciət olunsa belə, xəstəliyin təkrar yayılması əsas gətirilərək buna icazə verməyəcəyik”.
Qeyd edək ki, Böüyk Britaniyanın maldarlıq təsərrüfatlarında dabaq xəstəliyi yayıldığı üçün Rusiya, Ermənistan və digər dövlətlər bu ölkədən mal ətinin idxalına qadağa qoyub./APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR