Bank Of Baku

Ucarda ölkədəki dini duruma həsr olunmuş müşavirə keçirilib

Ucarda ölkədəki dini duruma həsr olunmuş müşavirə keçirilib
# 08 avqust 2007 16:59 (UTC +04:00)
Bu gün Ucar Rayon İcra Hakimiyyətində (RİH) ölkədəki dini duruma həsr olunmuş müşavirə keçirilib. APA-nın Aran bürosunun məlumatına görə, müşavirədə RİH başçısının I müavini Əziz Mehdiyev, Axund Ələsgər Səmədov, kənd icra nümayəndələri və bələdiyyəlin təmsilçiləri iştirak ediblər. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İcra Aparatının rəhbəri Səfalı Nəzərli və Şəki-Şirvan zonası üzrə şöbə müdiri Nizami Məmmədov da tədbirə qatılıb. Ucar RİH-in ictimai-siyasi şöbəsinin müdiri Məhəmməd Bayramov çıxışında qeyd edib ki, hazırda rayonda dövlət qeydiyyatından keçmiş 7 dini icma və 18 məscid fəaliyyət göstərir. S. Nəzərli Ucarda nurçuların və vəhhabilərin geniş fəaliyyət göstərmədiyini vurğulayan S. Nəzərli tədbir iştirakçılarını dini məsələlərdə diqqətli olmağa çağırıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR