Bank Of Baku

Yol qəzalarında 3 nəfər həlak olub

Yol qəzalarında 3 nəfər həlak olub
# 09 avqust 2007 12:07 (UTC +04:00)
Kürdəmir rayonunun Sığırlı kəndində ölümlə nəticələnən yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, avqustun 8-də saat 09:00 radələrində Karrar qəsəbə sakini Gülmusa Bağıyev İtaliyanın “Todini” şirkətinə məxsus “Terex” markalı avtokranı idarə edərkən Şahbəyli kənd sakini Eldəniz Xəlilovu vurub. Nəticədə E. Xəlilov hadisə yerində həlak olub. Faktla bağlı Kürdəmir RPŞ tərəfindən araşdırmalar aparılır.
Xaçmaz rayonunun Nabran qəsəbəsində saat 19:10 radələrində Naxçıvan şəhər sakini İntizam İbrahimov “VAZ-2106” markalı avtomaşını idarə edərkən Qusarçay kənd sakini Fuad Quliyevi vurub. Nəticədə F. Quliyev hadisə yerində ölüb. Xaçmaz RPŞ tərəfindən araşdırmalar aparılır.
Qobustan qəsəbəsi ərazisində saat 23:30 radələrində Şamaxı şəhər sakini Mirzahid Fəraminin idarə etdiyi “Mercedes” markalı və Bakı şəhər sakini Mübariz Nehmədovun idarə etdiyi “KamAZ” markalı avtomaşınlar toqquşub. Nəticədə xəsarət almış M.Fəraminin sərnişini, həyat yoldaşı Hicran xəstəxanaya yerləşdirilmiş və orada ölüb. Qobustan RPŞ tərəfindən araşdırmalar aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR