Bank Of Baku

Yük maşınlarının törətdiyi yol qəzaları nəticəsində 3 nəfər ölüb

Yük maşınlarının törətdiyi yol qəzaları nəticəsində 3 nəfər ölüb
# 10 avqust 2007 10:38 (UTC +04:00)
Avqustun 9-da saat 06:30 radələrində Əzizbəyov rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Gürcüstan vətəndaşı Ayaz Babayev “KamAZ” markalı avtomaşını idarə edərkən onu ağaca vurub. Nəticədə onun sərnişini, Şərur rayon sakini Taleh Əliyev hadisə yerində keçinib. Faktla bağlı Əzizbəyov RPİ tərəfindən araşdırma aparılır.
Həmin gün saat 07:00 radələrində Nərimanov rayonundakı Ziya Bünyadov prospektində Bakı şəhər sakini Əkbər Cəbrayılov “KamAZ” markalı avtomaşını idarə edərkən 25-30 yaşlı kişini vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş həmin kişi orada vəfat edib. Faktla bağlı Nərimanov RPİ tərəfindən araşdırma aparılır.
Saat 16:30 radələrində isə Qəbələ rayonunun Həmzəli kənd sakini Taleh Tahirov dövlət qeydiyyat nişanları olmayan “ZİL” markalı avtomaşını idarə edərkən onu aşırıb. Nəticədə T. Tahirov hadisə yerində ölüb. Faktla bağlı Qəbələ RPŞ tərəfindən araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR