Bank Of Baku

Zor tətbiq etməklə vətəndaşların mobil telefonlarını alan 3 nəfər yaxalanıb

Zor tətbiq etməklə vətəndaşların mobil telefonlarını alan 3 nəfər yaxalanıb
# 10 avqust 2007 10:42 (UTC +04:00)
İyulun 30-da Xətai rayonu ərazisində soyğunçuluq hadisəsi qeydə alınıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, 2 naməlum şəxs Cavanşir küçəsində Bakı şəhər sakini Mahmud Hümbətova qarşı zor tətbiq edərək mobil telefonunu əlindən alıb. Xətai RPİ-nin 36-cı polis bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakinləri Ağaməmməd Quliyev, Məhəmmədhəsən Abbasov və əvvəllər məhkum olunmuş İlqar Adamov yaxalanıb. Aparılmış əməliyyat tədbirləri nəticəsində onların bu ilin iyulun 31-də Bakı şəhər sakinləri Kamranbəy Məmmədova, avqustun 1-də isə Rüstəm Fərəcova da qarşı zor tətbiq edərək mobil telefonlarını alması müəyyən edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR