Dəvəçi rayonun Dağ Bilici kənd sakinləri Nailə və Reyhanə Məcidovaların itkin düşmələri ilə bağlı araşdırmalar davam etdirilir
Amma Dağ Bilici kənd sakinləri T. İsmayılovun ifadəsinin düzgün olmadığını söyləyiblər. İki il əvvəl itkin düşən və məhz T. İsmayılov tərəfindən qətlə yetirildiyi güman olunan 18 yaşlı Diləfruz Daşdıyevanın atası Bədəl Daşdıyev APA-ya bildirib ki, Təvəkküllə hazırda iki qızı itkin düşən Zamir Məcidovun heç bir ədavəti ola bilməz: “Əksinə, üç il əvvəl qızım itkin düşəndə hamı ifadə verib, Təvəkkülün həbsini istədi. Təkcə Zamir bunu etmədi, onun üzünə durmayacağını söylədi. Onların indi hansı ədavəti ola bilər ki?..”
B. Daşdıyev qızı Diləfruz Daşdıyevanın itkin düşməsindən də danışıb: “İki il əvvəl Təvəkkül İsmayılov bizə xəbər göndərdi ki, Diləfruzla evlənmək istəyir. Biz də inanıb, qızımızı ona verdik. Bir müddətdən sonra qızımızın qaçması barədə bizə xəbər yolladı. Mən qızıma bələd olan adam kimi, bunun yalan olduğunu dedim, Təvəkkülə qızımı öldürdüyünü söylədim. Amma o, boynuna almadı. Baş verənlə bağlı rayonun və respublikanın hüquq-mühafizə orqanlarına dəfələrlə müraciətlər etdim, amma nəticəsiz qaldı. Təvəkkülü əvvəl həbs etdilər, lakin rayon polis şöbəsinin rəis müavini Musa Hüseynovun köməyi ilə o həbsdən canını qurtardı. Üstündən bir az keçəndən sonra qonşu Ləcə kəndinin sakini Rahim adlı bir nəfər dağlardan qızımın paltarlarını tapdı. Bundan sonra biz Diləfruzun öldüyünə inandıq. Rahimin 32-33 yaşı vardı, 3 uşaq atası idi. Paltarları tapandan az sonra o da itkin düşdü, öldü-qaldısından hələ də xəbər yoxdur”.
B. Daşdıyev deyib ki, sonuncu iki azyaşlı qızın itməsindən sonra camaat Təvəkkül İsmayılovla bağlı yenidən polisə müraciət edib: “Polisin onu tutmadığını görəndə isə özümüz onu Dağ Bilici kəndinin yaxınlığında tutub, polis bölməsinə apardıq”. Kəndin digər sakinləri də B. Daşdıyevin dediklərini təsdiqləyiblər.
APA-nın əməkdaşları hadisə yerində olduğu müddətdə Nailə və Reyhanənin valideynləri ilə görüşməyə cəhd etsələr də, onların prokurorluqda ifadə verdikləri bildirilib.
Dağ Bilici kəndinin sakinlərinin iddialarına görə, T. İsmayılov cinayəti tək törətməyib, onun kiçik qardaşı Elnur İsmayılovun da həbs edilməsini, eyni zamanda üç il əvvəl yoxa çıxmış Diləfruz Daşdiyevanın itkin düşməsi ilə bağlı araşdırmaların yenilənməsinə ehtiyac var. Yeni təyin olunan rayon prokuroru F. Rzayev isə Diləfruz Daşdıyevanın T. İsmayılov tərəfindən qətlə yetirilməsinin yalnız sakinlərin ehtimalı olduğunu söyləyib: “Bu barədə bizdə məlumat yoxdur, yalnız həmin şəxsin itkin düşdüyü bəllidir. Onun Təvəkkül İsmayılov tərəfindən öldürülməsi barədə heç bir məlumat yoxdur. Bu istiqamətdə də istintaq hərəkətləri aparılacaq”.
Kənd sakinləri həm də T. İsmayılovun rayon polis rəisinin müavini Musa Hüseynovla yaxşı münasibətləri olduğunu iddia ediblər. Belə ki, kənd sakinlərinin söylədiklərinə görə, Təvəkkül və qardaşı Elnur İsmayılov rəis müavininin mal-qarasına naxırçılıq ediblər.
Dəvəçi rayon polis şöbəsinin rəis müavini Musa Hüseynov isə APA-ya bildirib ki, onun T. İsmayılov və onun ailəsi ilə əlaqələri haqda kənd sakinlərinin dedikləri qərəzdən başqa bir şey deyil: “Bu məni istəməyənlərin sözüdür”. M. Hüseynov digər məsələlərlə bağlı açıqlama verməkdən imtina edib və hər şeyin araşdırma sonunda ortaya çıxacağını deyib.
Qeyd edək ki, N. Məcidovanın meyiti dünən axşam saatlarında ailəsinə təhvil verilib, bu gün isə dəfn edilib. R. Məcidovanın axtarışı istiqamətində əməliyyat-istintaq tədbirləri isə davam etdirilir. /APA/
Hadisə
Azad edilmiş ərazilərdə daha 113 mina, 514 PHS aşkarlanıb
NİİM piyadalara müraciət edib - VİDEO
Özü və başqaları üçün təhlükə yaradan piyadanı polis saxlayıb - VİDEO
FHN: Ötən həftə 593 yanğına çıxış olub, 42 nəfər xilas edilib, 7 nəfərin meyiti təhvil verilib - VİDEO
Xəbər Lenti
Azərbaycan və Türkmənistan prezidentlərinin iştirakı ilə “Dostlug” tankerinin onlayn formatda hədiyyə olunması mərasimi keçirilib
Dünən keçirilən imtahanların nəticələri 10 gündən sonra elan olunacaq
Naxçıvanın aqrar sektoru üzrə göstəricilər açıqlanıb
Nazir: Dövlət Proqramı üzrə tələb olunan investisiya həcmi 5,9 milyard manat qiymətləndirilir
DSMF: Sosial yardımlar iyunun 24-dən gec olmayaraq ödəniləcək
Azad edilmiş ərazilərdə daha 113 mina, 514 PHS aşkarlanıb
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə geniş tərkibdə görüşü olub
İran nümayəndə heyəti ABŞ-la 18 saatlıq danışıqlardan sonra İsveçrəni tərk edib
Səlahiyyətli nümayəndə: Naxçıvan ən əlverişli investisiya və istehsal məkanlarından biri hesab edilə bilər
Azərbaycan və Qırğızıstan hərbçiləri əməliyyatların planlaşdırılmasını müzakirə edib
“AzerTelecom” və “Telecom Armenia” internet trafikinin tranziti üzrə müqavilə imzalayıb
Prezident İlham Əliyevin Sərdar Berdiməhəmmədovla təkbətək görüşü olub
Aqrar sahədə Dövlət Proqramı çərçivəsində Şərurda regional müşavirə keçirilir - FOTO
Türkmənistan Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub
Filippində məktəbdə atışma baş verib, 3 şagird ölüb
Kərbəla və Nəcəfdə Xamenei ilə vida mərasimi keçiriləcək
Beş ayda 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” keçirib
NİİM piyadalara müraciət edib - VİDEO
Rusiya ordusu Qara dənizdə iki xarici gəmini dronla vurub, misirli dənizçi ölüb
Konqo Demokratik Respublikasında Ebolaya yoluxanların sayı 1000-i keçib, 254 nəfər ölüb
Özü və başqaları üçün təhlükə yaradan piyadanı polis saxlayıb - VİDEO
Səngəçal karvansarasına ziyan vurulub, hadisəni törədənlər məsuliyyətə cəlb olunacaq - FOTO
Moskva yenidən Ukraynanın dron hücumuna məruz qalıb, 67 PUA vurulub
Ağcabədi Pedaqoji Kollecinə direktor təyin olunub
Azərbaycan və Qazaxıstandan 15 nəfərlik heyət İsrailə səfər edib
AZAL donanmasına dördüncü müasir “Airbus A320neo” əlavə olunub
APA TV-də XƏBƏRAPARAN - CANLI
Ermənistanda zəlzələ olub
Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib
Suraxanıda avtomobil və evlərdən oğurluq edən şəxs saxlanılıb - VİDEO
Bu günün valyuta məzənnələri
FHN: Ötən həftə 593 yanğına çıxış olub, 42 nəfər xilas edilib, 7 nəfərin meyiti təhvil verilib - VİDEO
İsmayıllıda iki avtomobil toqquşub, bir nəfər ölüb
Mingəçevirdə kişi tanışını döyərək öldürüb
Əmtəə bazarlarında qızılın qiyməti 4 200 dollardan aşağı enib
Dünya bazarlarında neftin ucuzlaşması davam edir
Nyu-York birjasında təbii qaz bahalaşıb
MN: Pirəkəşkül yaxınlığında istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
FHN küləkli havada çimərliyə gedənləri təhlükəsizlik qaydalarına əməl etməyə çağırır
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində elektrik enerjisi olmayacaq
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Şahbaz Şərif: İran və ABŞ mövcud fikir ayrılıqlarının sülh yolu ilə həllinə çalışırlar
Qətərdəki qaz zavodunda partlayış nəticəsində azı 54 nəfər xəsarət alıb - YENİLƏNİB
DÇ-2026: Misir Yeni Zelandiyanı məğlub edib
İran XİN: Hörmüz boğazında təhlükəsiz keçid mexanizmi yaradılacaq
Sky News: İran neftinə tətbiq olunan sanksiyalar üzrə istisnalarla bağlı saziş layihəsi hazırdır
Əraqçi: İran bir sıra məsələlər üzrə Qətər və Pakistanın vasitəçiliyi ilə irəliləyiş əldə edib
Zelenski Polşa ilə münasibətlərdə “çox pis eskalasiya” riski gördüyünü bildirib
ABŞ-İran danışıqlarında 60 gün ərzində yekun razılaşmanın əldə olunmasına dair yol xəritəsi razılaşdırılıb