Bank Of Baku

Dərnəgül qəsəbəsində bəzi tikililərin sökülməsi ərazidə yarımstansiyanın tikintisi ilə bağlıdır

Dərnəgül qəsəbəsində bəzi tikililərin sökülməsi ərazidə yarımstansiyanın tikintisi ilə bağlıdır
# 10 avqust 2007 13:43 (UTC +04:00)
Bu barədə “APA-Economics”ə “Azərenerji” ASC-nin vitse-prezidenti Marlen Əsgərov məlumat verib.
M.Əsgərovun sözlərinə görə, ərazidə gücü 220 kV olan 2 ədəd 225 MVA tansformator məntəqəsi qurulacaq: “Hazırda tikililərin söküldüyü ərazi “Azərenerji”yə məxsus olub, sonradan vətəndaşlar tərəfindən zəbt edilib. Ərazinin boşaldılması üçün obyektlərin sahiblərinə əvvəlcədən xəbərdarlıq edilib”.
“Azərenerji” ASC-nin mətbuat xidmətindən isə “APA-Economics”ə obyekt sahiblərinin söküntüyə maneçilik törətdikləri bildirilib.
Qeyd edək ki, yarımstansiyanın tikintisi dövlət başçısının Bakı və ətraf kəndlərin enerji təchizatının yaxşılaşdırılmasına dair fərmanı əsasında inşa edilir. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR