Bank Of Baku

Qaz boruları oğurlayan Lənkəran sakinləri yaxalanıb

Qaz boruları oğurlayan Lənkəran sakinləri yaxalanıb
# 11 avqust 2007 09:00 (UTC +04:00)
Lənkəran Şəhər Polis Şöbəsi (ŞPŞ) əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq edən rayon sakinləri yaxalanıb. Bu barədə APA-nın cənub bürosuna Lənkəran ŞPŞ-dən məlumat verilib. Bildirilib ki, Lənkəranın Ləj kəndi ərazisində Rayon Qaz İstismar İdarəsinə məxsus 0,5 km uzunluğunda diametri 159 mm olan qaz borularının oğurlanması barədə ŞPŞ-yə məlumat daxil olub. Polis əməkdaşları isti izlərlə oğruları-rayonun Ləj kənd sakinləri - 1973-cü il təvəllüdlü Nemət Tumar oğlu Nağıyevi, onun 1977-ci il təvəllüdlü qardaşı Nağı Nağıyevi, 1972-ci il təvəllüdlü Bakir Zakir oğlu Rzayevi və 1972-ci il təvəllüdlü Abbas Fərrux oğlu Məmmədovu yaxalayıblar. İlkin dindirmə zamanı saxlanılan şəxslər oğurluq etdiklərini boynuna alaraq bu işi rayonun ərazisində yerləşən “Abidə” inşaat-tikinti materialları mağazasında çalışan bir nəfərin sifarişi ilə yerinə yetirdiklərini bildiriblər. Hər birinin uzunluğu 3 m olan 66 ədəd qaz borusu Lənkəran Rayon Qaz İstismar İdarəsinə qaytarılıb. Faktla bağlı Lənkəran ŞPŞ-də Cinayət Məcəlləsinin 177.1 maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR