Bank Of Baku

İlin ilk yarısında Balakəndə yol hərəkəti pozuntularının sayı ötən illə müqayisədə artıb

İlin ilk yarısında Balakəndə yol hərəkəti pozuntularının sayı ötən illə müqayisədə artıb
# 11 avqust 2007 09:00 (UTC +04:00)
Cari ilin birinci yarısında Balakəndə qeydə alınmış yol hərəkəti pozuntularının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli çoxalıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Balakən rayon Polis Şöbəsindən məlumat verilib. 2007-ci ilin son altı ayı ərzində rayon ərazisində 859 yol qaydaları pozuntusu qeydə alınıb ki, bu da 2006-cı ilin müvafiq dövrü ilə müqayisədə 117 fakt çoxdur. Cari ilin birinci yarısında Balakəndə 7 ağır yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 2 nəfər ölüb, 7 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR