Bank Of Baku

Bakıda baş verən dəhşətli yol qəzasında ərlə arvad həlak olub

Bakıda baş verən dəhşətli yol qəzasında ərlə arvad həlak olub
# 11 avqust 2007 11:35 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Heydər Əliyev prospektində İmişli rayon sakini Elşən Muradov idarə etdiyi “Mercedes-200” markalı avtomaşını Bakı şəhər sakini Fərman Hüseynov və onun həyat yoldaşı Səidə Qasımovanı vurub. Bu zaman arxadan gələn Türkiyə vətəndaşı Gökan Orbay Əlinin idarə etdiyi “Fiat” markalı avtomaşın F. Hüseynovun və S. Qasımovanın üstündən keçərək, daha sonra qarşıda gedən Gəncə şəhər sakini Namiq Yusubovun idarə etdiyi “Mercedes” markalı avtomaşınla toqquşub. Nəticədə F. Hüseynov və S. Qasımova hadisə yerində keçinib, xəsarət almış Gökan Orbay Əlinin sərnişini, həmyerlisi Öndər Orbay isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Nizami RPİ tərəfindən araşdırma aparılır. /APA/





1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR