Bank Of Baku

Quba və Oğuzda baş verən yol qəzaları 2 nəfərin ölümü ilə nəticələnib

Quba və Oğuzda baş verən yol qəzaları 2 nəfərin ölümü ilə nəticələnib
# 11 avqust 2007 11:50 (UTC +04:00)
Avqustun 10-da saat 07:30 radələrində Quba rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rayonun İsnovqışlaq kəndində Bakı şəhər sakini Samir Rzayev idarə etdiyi “Azsamand” markalı avtomaşını onu aşırıb. Nəticədə S. Rzayev hadisə yerində ölüb, xəsarət almış sərnişinləri Azad Ağayev, Kamran Məmmədov və Nicat Paşayev xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı Quba RPŞ tərəfindən araşdırma aparılır.
Həmin gün saat 22:50 radələrində Oğuz rayonunun Yaqublu kəndində rayon sakini Tacəddin Cəbrayılovun və Kərimli kənd sakini Asif Abdullayevin idarə etdiyi “VAZ-2106” markalı avtomaşınlar toqquşub. Nəticədə A. Abdullayev hadisə yerində keçinib. Faktla bağlı Oğuz RPŞ tərəfindən araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR