Bank Of Baku

İçərisində 150 min dollar pul olan “Mercedes”i qaçıranların şəxsiyyəti hələ müəyyənləşdirilməyib

İçərisində 150 min dollar pul olan “Mercedes”i qaçıranların şəxsiyyəti hələ müəyyənləşdirilməyib
# 28 sentyabr 2007 09:12 (UTC +04:00)
Nizami rayonu, Qara Qarayev küçəsində Binə Ticarət Mərkəzindəki “Expres” valyuta-dəyişmə məntəqəsində işləyən Ramazan Qurbanovun avtomobilini oğurlayan şəxslərin kimliyi hələ də müəyyənləşdirilməyib. Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü bölməsinin rəisi Kərəm Rzayev APA-ya bildirib ki, hadisəni törədənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi və tapılması istiqamətində tədbirlər davam etdirilir. Faktla bağlı Nizami RPİ-də Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.
Qeyd edək ki, sentyabrın 26-da Qara Qarayev küçəsində 2 naməlum şəxs həmin küçədə yaşayan R. Qurbanovu pnevmatik tapança ilə hədələyərək havaya 2 dəfə atəş açıb və içərisində 150 min dollar pul olan “Mercedes” markalı avtomaşını ondan alıblar. Əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşın hadisədən az sonra K. Balakişiyev küçəsində tapılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR