Bank Of Baku

Qusarda polis əməkdaşlarını güllələyən Telman Abdullayevin axtarışlarına xüsusi təyinatlılar cəlb edilib

Qusarda polis əməkdaşlarını güllələyən Telman Abdullayevin axtarışlarına xüsusi təyinatlılar cəlb edilib
# 28 sentyabr 2007 12:38 (UTC +04:00)
Sentyabrın 26-da saat 16:00 radələrində Qusar Rayon Polis Şöbəsinin əməkdaşları Qalib Quliyev və Murad Məlikovu odlu silahla yaralayaraq qaçan Qusar şəhər sakini Telman Abdullayevi həbs etmək hələlik mümkün olmayıb. Qusar RPŞ-dən APA-nın şimal bürosuna verilən məlumata görə, axtarış tədbirlərinə Daxili Qoşunların Bakıdan gətirilmiş xüsusi təyinatlıları da cəlb edilib. Bundan əlavə, yerli əhalidən yığılan atlardan da axtarış tədbirlərində istifadə edilir. Azərbaycan-Rusiya sərhədi ciddi nəzarətə götürülüb. Telman Abdullayevin şimal bölgəsində gizləndiyi güman edilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR