Bank Of Baku

Nizami rayonu ərazisində maşın partlayıb

Nizami rayonu ərazisində maşın partlayıb
# 08 oktyabr 2007 10:47 (UTC +04:00)
Metronun “Xalqlar Dostluğu” stansiyası yaxınlığında maşın partlayıb. APA-nın məlumatına görə, bu gün saat 10:15 radələrində Nizami rayonu, Bəhruz Nuriyev küçəsi-42 ünvanında yerləşən binanın qarşısında “Passat” markalı 10 TD 290 dövlət nömrə nişanlı avtomobildə partlayış baş verib. Maşının sürücünün bildirdiyinə görə, həmin ünvana sərnişin gətirib və bu zaman maşında qaz iyi gəldiyini hiss edib. Maşından 10 metr aralandıqdan sonra avtomobil partlayıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, binaya ziyan dəyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR