Yevlax sakini Tünzalə Ağayeva insan alverinə görə həbs olunub
09 oktyabr 2007 11:56 (UTC +04:00)
DİN-in mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, idarənin keçirdiyi əməliyyat tədbirləri nəticəsində Yevlax rayon sakini Tünzalə Ağayeva insan alveri ilə məşğul olaraq, bir qrup şəxslə cinayət əlaqəsinə girib, gəlir əldə etmək məqsədilə qadınları İran İslam Respublikasına aparıb cinsi istismara məruz qoyması faktı ilə tutulub. /APA/