Bank Of Baku

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin kursantları ilə mülki şəxslər arasında dava düşüb

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin kursantları ilə mülki şəxslər arasında dava düşüb
# 10 oktyabr 2007 11:36 (UTC +04:00)
Mübahisənin yaranmasına kursantların yaxınlıqdan keçən qızlara söz atması səbəb olub. Kursantların bu hərəkətinə etiraz edən gənclərlə kursantlar arasında mübahisə yaranıb, daha sonra AAHM-in 40-dək kursantı öz yoldaşlarına kömək etmək üçün həmin yerə gəlib və qarşıdurma böyüyüb. Qarşıdurmanın aradan qaldırılması üçün əraziyə Xətai rayon 34-cü polis bölməsinin əməkdaşları da gəliblər. Qarşıdurma zamanı mülki şəxslərdən, kursantlardan və polis əməkdaşlarından xəsarət alanların olduğu bildirilir. İnsidentin baş verməsində günahkar bilinən şəxslər 34-cü polis bölməsinə aparılıblar.
Xətai rayon Polis İdarəsinin 34-cü polis bölməsindən isə APA-ya bildirilib ki, hazırda bölmədə kursantlardan heç kim saxlanılmır. Faktla bağlı Hərbi Prokurorluqda araşdırma aparılır.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti də hadisə ilə bağlı açıqlama yayıb. Mətbuat xidmətindən APA-ya daxil olan açıqlamada mübahisənin anlaşılmazlıq nəticəsində baş verdiyi bildirilir: “Biz bundan çox təəssüflənirik. Hazırda araşdırmalar aparılır. Kursantların günahları təsdiqlənərsə, onların barəsində qanuna müvafiq olaraq ciddi ölçü götürüləcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR