Bank Of Baku

Narkotik qaçaqmalçılığına qarşı mübarizə davam edir

Narkotik qaçaqmalçılığına qarşı mübarizə davam edir
# 10 oktyabr 2007 13:34 (UTC +04:00)
Daxili işlər orqanlarının əməkdaşları vətəndaşlardan narkotik vasitələr götürüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı Şəhər Baş Polis İdarəsinin cinayət-axtarış idarəsi və Səbayel RPİ-nin 8-ci polis bölməsinin əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İlqar Səmədovdan 0,211 qram heroin, Nəsimi RPİ 19-cu polis bölməsinin əməkdaşları Bərdə rayon sakini Anar Hüseynovdan 0,207 qram heroin, Cəlilabad RPŞ-nin əməkdaşları Göytəpə şəhər sakini Muxtar Məmmədovdan 1 qram heroin, Yevlax RPŞ-nin əməkdaşları rayon sakini Samir İsmayılovdan 3,185 qram heroin götürüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR