Bank Of Baku

Yük qatarı Şəmkir sakinini vurub

Yük qatarı Şəmkir sakinini vurub
# 10 oktyabr 2007 13:36 (UTC +04:00)
Böyük-Kəsik Dəmir Yolu Stansiyasının ərazisində bədbəxt hadisə qeydə alınıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Böyük-Kəsik Dəmir Yolu Stansiyasının ərazisində yük qatarı Şəmkir rayonunun Zəyəm qəsəbə sakini Tofiq Hüseynovu vurub. Nəticədə T. Hüseynov hadisə yerində ölüb. Faktla bağlı Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.
Pirsaat-Hacıqabul mənzilinin 417-ci km-də Abşeron rayon sakini Böyükağa Dadaşovun idarə etdiyi yükü neft olan elektrovozun 1 vaqonu relsdən çıxıb. Nəticədə 568 ədəd relsaltı örtük yararsız hala düşüb. Qatarın hərəkəti dayanmayıb, yük dağılmayıb, xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR