Bank Of Baku

Əli Bayramlıda məktəblini vuraraq hadisə yerindən qaçan sürücü yaxalanıb

Əli Bayramlıda məktəblini vuraraq hadisə yerindən qaçan sürücü yaxalanıb
# 10 oktyabr 2007 14:15 (UTC +04:00)
Əli Bayramlıda məktəblini avtomobillə vuran sürücü hadisə yerindən qaçıb. Bu barədə APA-nın Mil-Muğan bürosuna Əli Bayramlı ŞPŞ-nin rəis müavini Yaqub Məmmədov məlumat verib. Onun dediyinə görə, bu gün səhər saatlarında Əli Bayramlı şəhəri 16 saylı orta məktəbin şagirdi 1991-ci il təvəllüdlü Süsən Rasim qızı Salahzadəni “QAZ-24” markalı avtomobil vuraraq hadisə yerindən qaçıb. Əli Bayramlı ŞPŞ əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində “QAZ-24” markalı 18 BB 480 dövlət nömrə nişanlı maşının sürücüsü, Salyan rayonunun Kərimbəyli kənd sakini Rəşad Şakir oğlu Dadaşov saxlanılıb. Məktəbli müxtəlif xəsarətlərlə şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Faktla bağlı Əli Bayramlı ŞPŞ-də təhqiqat aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR