Müğənni Teymur Əmrah avtomobil qəzasına düşüb
10 oktyabr 2007 15:38 (UTC +04:00)
Sənətçi APA-ya açıqlamasında faktı təsdiqləyib və qəza zamanı tələbəsinin maşınında olduğunu deyib: “Elçin Cəlilovun xatirə gecəsindən çıxıb sənət dostlarımla birgə ad günümü qeyd etdim. Ad günündən çıxandan sonra “Rance Rover” markalı avtomobil mənim əyləşdiyim BMW ilə toqquşdu. Maşın əzilsə də, mənə heç nə olmayıb. Sadəcə qolum və başım zədələnib”. T. Əmrah deyib ki, o hadisə nəticəsində elə də ciddi xəsarət almayıb. Hazırda özünü yaxşı hiss etdiyini bildirən sənətçi ona bağışlanan maşını satmadığını da deyib: “Bir sıra mətbu orqanlarda mənə bağışlanan X5 markalı avtomobili satdığımı yazıblar. Mən maşını satmamışam, inanmayan mənimlə gedib qaraja baxa bilər”. /APA/
Hadisə
Bakıda minik və yük maşınları toqquşub, xəsarət alan var - FOTO
03:29
2 may 2024
Babəkdə yol qəzası baş verib, xəsarət alanlar var - FOTO
02:20
2 may 2024
Bakıda idarəetmədən çıxan avtomobil səkiyə çırpılıb, xəsarət alanlar var - FOTO
00:53
2 may 2024
Naxçıvan Dövlət Universitetinin fəlsəfə doktoru vəfat edib
23:35
1 may 2024