Soyğunçuluq və oğurluq faktlarının üstü açılıb
10 oktyabr 2007 17:06 (UTC +04:00)
Bakı şəhər sakini Ceyhun Məmmədova qarşı zor tətbiq edərək mobil telefonunu ondan almış şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bakı Baş Polis İdarəsinin cinayət-axtarış idarəsi və Yasamal RPİ-nin 27-ci polis bölməsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində oktyabrın 8-də Füzuli küçəsində C. Məmmədova qarşı soyğunçuluq etmiş Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ramiz Həmidov tutulub.
Bakı Baş Polis İdarəsinin cinayət-axtarış idarəsi və Nizami RPİ-nin 24-cü polis bölməsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində “Laçın” Ticarət Mərkəzində Bakı şəhər sakini Günel Abbaszadənin çantasından 233 manatı oğurlamağa cəhd göstərmiş Bakı şəhər sakini Nərgiz Ağaməmmədova saxlanılıb. /APA/

Hadisə
Gəncədə məktəbli bıçaqlanıb - YENİLƏNİB
20:22
2 may 2024
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
19:25
2 may 2024
Gürcüstanda azərbaycanlı iş adamını qətlə yetirən şəxs ömürlük azadlıqdan məhrum edilib
18:50
2 may 2024
Təcridxanaya dolmanın içərisində narkotik keçirməyə cəhd edilib - FOTO
18:18
2 may 2024