Mahaçqalada iki Zaqatala sakinini elektrik cərəyanı vurub
11 oktyabr 2007 13:05 (UTC +04:00)
Zaqatala rayonunun iki sakini Dağıstanın Mahaçqala şəhərində baş verən bədbəxt hadisə nəticəsində ölüb. Pul qazanmaq məqsədilə Dağıstana üz tutan rayon sakinlərini elektrik cərəyanı vurub. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, həyatını itirən şəxslər rayonun Aşağı Tala kənd sakinləri, 1960-cı il təvəllüdlü Bayram Zeybulla oğlu Filməmmədov və onun oğlu, 1986-cı il təvəllüdlü Nüsrət Filməmmədovdur. Mərhumun qohumları bildiriblər ki, onlar Dağıstanda tikinti obyektlərinin birində fəhlə işləyərək ailələri üçün çörək pulu qazanırmış. Çalışdıqları tikinti obyektinin üzərindən keçən yüksək gərginlikli elektrik xəttinin yaxınlığında işləyən N. Filməmmədovu cərəyan vurduğunu görən ata oğlunu xilas etməyə cəhd göstərib, nəticədə onların hər ikisi həlak olub. Ata və oğulun cənazəsi bu gün yaşadıqları Aşağı Tala kəndinə gətirilib. /APA/
Hadisə
Yağıntılı hava ilə əlaqədar Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
23:10
3 may 2024
MN-dəki 143 milyonluq cinayət işi ilə bağlı şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb
19:23
3 may 2024
Həbsdə olan MTN generalının müraciəti geri qaytarılıb
18:04
3 may 2024
Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - YENİLƏNİB-1
18:02
3 may 2024