Füzuli rayonunun sərhəd kəndinin sakini naməlum şəxslərin hücumuna məruz qalıb
13 oktyabr 2007 10:58 (UTC +04:00)
Ötən gecə Füzulinin Əhmədallar kənd sakini kənd qəbiristanlığının yaxınlığında naməlum şəxslərin hücumuna məruz qalıb. Kənd sakinləri APA-nın Qarabağ bürosuna bildiriblər ki, Zeynalov Rahid Şahmalı oğlu əkin sahəsində üç nəfərlə qarşılaşıb. Tanımadığı şəxslərin erməni olduğundan şübhələnən Rahid Zeynalov həmkəndlilərini köməyə çağırmaq isəyib. Onu susdurmağa çalışan naməlum şəxslər R. Zeynalovun əl-qolunu bağlamağa cəhd ediblər, lakin o, müqavimət göstərərək qaçıb qurtarmağa müvəffəq olub. Kənd sakinləri onun çağırışı ilə naməlum şəxsləri axtarmağa çalışsalar da, bir nəticə hasil olmayıb. O, bu barədə kəndə xəbər çatdıra bilib. Bu barədə yerli polisə və hərbi hissə komandanlığı da məlumatlandırılıb. /APA/
Hadisə
Kürdəxanıda evin qanunsuz tikilən mansardı sökülüb - VİDEO
09:39
2 may 2024
Şamaxıda restoranda asılmış kişi meyiti tapılıb
09:05
2 may 2024
Bakıda yanğın olub, bir nəfər ölüb
08:58
2 may 2024
Balakəndə narkotik vasitənin təsiri altında və sərxoş vəziyyətdə 26 sürücü məsuliyyətə cəlb olunub - FOTO
08:19
2 may 2024