Bank Of Baku

Xəzərdə qasırğa başlayıb, vertolyotun qəzaya uğraması nəticəsində ölənlərin axtarışları davam etdirilir

Xəzərdə qasırğa başlayıb, vertolyotun qəzaya uğraması nəticəsində ölənlərin axtarışları davam etdirilir
# 13 oktyabr 2007 16:50 (UTC +04:00)
APA-nın məlumatına görə, hazırda başlamış güclü külək axtarışların aparılmasına çətinlik törətsə də, axtarış tədbirləri davam etdirilir. Axtarışa Fövqəladə hallar, Müdafiə nazirlikləri, Dövlət Sərhəd Xidməti və ARDNŞ-in qüvvələri cəlb olunub. Prosesdə ARDNŞ və DSX-nın texnikasından da istifadə olunur.
ARDNŞ rəhbəri Rövnəq Abdullayevin bildirdiyinə görə, vertolyotun arxası suya çırpıldığı üçün qəza zamanı vertolyotda olan 6 nəfərdən 4-ü dənizə düşüb: “Güclü külək və qasırğa var, amma axtarış işləri davam etdirilir. Su axını axtarışlara maneə yaradır, amma biz axtarışları davam etdiririk”.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov isə hazırda vertolyotun qəzaya uğraması səbəbləri barədə fikir söyləməyin çətin olduğunu bildirib. Onun sözlərinə görə, bunun üçün vertolyotun bütün hissələri sudan çıxarıldıqdan sonra ekspertiza və araşdırmaların aparılması vacibdir.
Qeyd edək ki, artıq qəza nəticəsində həlak olan ekipaj üzvlərindən iki nəfər Viktor Qlinenko və Vladimir Nekrasovun cəsədləri dənizdən çıxarılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR