Bank Of Baku

Şəkidə mal-qara oğurluğu ilə məşğul olan qrup yaxalanıb

Şəkidə mal-qara oğurluğu ilə məşğul olan qrup yaxalanıb
# 13 oktyabr 2007 16:54 (UTC +04:00)
Şəkidə mal-qara oğurluğu ilə məşğul olan qrup yaxalanıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib. RPŞ-dən bildirilib ki, saxlanılan şəxslər məcburi köçkün kimi Şəki rayonunda qeydiyyatda olan Anar Əhmədov, Rəmzi Hacıyev və Taleh Məmmədovdur. Qrup üzvləri 2007-ci ilin iyul ayında rayonun Daşüz kəndi yaxınlığındakı örüş sahəsindən fermer Gülpəri Umarovaya məxsus çoxlu sayda iribuynuzlu mal-qaranı oğurlamaqda ittiham olunurlar. Saxlanılan şəxslər həmçinin, istintaqa verdikləri ifadəsində törətdikləri oğurluq əməllərini etiraf ediblər. Faktla bağlı Şəki RPŞ-də CM-nin 177.2.4 və 177.2.1 maddələri ilə cinayət işi açılıb və araşdırmalar davam etdirilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR