Bank Of Baku

Ağdam rayonunda cinayət faktı qeydə alınıb

Ağdam rayonunda cinayət faktı qeydə alınıb
# 15 oktyabr 2007 08:07 (UTC +04:00)
APA-nın Qarabağ bürosunun məlumatına görə, rayonun Suma kənd sakini Baxşeyiş Hümbət oğlu Hümbətov yaxın qohumu Sərxan Nəbi oğlu Mirzəyevlə birgə Bərdə rayon Alpoud kənd sakini Bakir Yusif oğlu Mehdiyevi qarət etməyə cəhd göstərib. Qohumlar Ağcabədi ərazində Bakir Mehdiyevin idarə etdi “Mercedes-190” markalı taksiyə əyləşərək, Ağdam ərazisinə gəliblər. Sürücü ilə birgə restorana gedən Baxşeyiş və Sərxan xeyli spirtli içki qəbul etdikdən sonra taksi sürücüsündən onları evə aparmağı xahiş ediblər. Lakin Xaçın çayının sahilinə çatanda onlar sürücünü zorla maşından salaraq, avtomobili ondan almağa çalışıblar. Müqavimət göstərən sürücünün əlini və üzünü bıçaqla yaraladıqdan sonra bir ədəd “Nokia” markalı telefonu və 90 manat pulu alan sərxoş sərnişinlər hadisə yerindən qaçıblar.
Baxşeyiş Hümbətov Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Sərxan Mirzəyevi isə hələ də tapmaq mümkün olmayıb.
Ağdam rayon Polis Şöbəsindən onun saxlanması üçün tədbirlər həyata keçirilir.
APA-nın Qarabağ bürosüunun əməkdaşının yerli sakinlərdən əldə etdiyi məlumata görə, Sərxan Mirzəyev cəzasının yüngülləşdirilməsi və izi itirmək məqsədilə Ağcabədi ərazisində bir nəfərə fiziki zor tətbiq edərək, “könüllü” Ağcabədi rayon Polis Şöbəsinə gedərək, adam döydüyünü etiraf edib. Polis faktı nə təsdiq, nə də təkzib edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR