Bank Of Baku

Son 9 ayda ölkə ərazisində 2138 yol-nəqliyyat hadisəsi qeydə alınıb

Son 9 ayda ölkə ərazisində 2138 yol-nəqliyyat hadisəsi qeydə alınıb
# 15 oktyabr 2007 09:46 (UTC +04:00)
Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polis İdarəsindən (BDYPİ) APA-ya verilən məlumata görə, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrini və yaralananların sayı uyğun olaraq 98 (4,4%) və 189 (7,4%) azalıb, həlak olanların sayı 45 (6,3%) artıb. Bakı şəhəri ərazisində isə 1059 yol-nəqliyyat hadisəsi qeydə alınıb, bunların nəticəsində 272 nəfər həlak olub, 1198 nəfər yaralanıb. Ötən ilin 9 ayı ilə müqayisədə yol-nəqliyyat hadisələrinin, həlak olanların və yaralananların sayı uyğun olaraq 120 (10,2%), 18 (6,2%) və 142 (10,6%) azalıb. Respublika üzrə qeydə alınan yol-nəqliyyat hadisələrinin 92,7%-i (1950) sürücülərin yol hərəkəti qaydalarını pozmaları, o cümlədən 43,8%-i (933) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 23,1%-i (489) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 24,5 %-i (185), yol ayrıclarını keçmə qaydalarının pozulması, 9,1%-i (50) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib. Hesabat dövründə ölkə ərazisində 23 nəfərin həlak olması və 59 nəfərin yaralanması ilə nəticələnmiş 81 yol-nəqliyyat hadisəsi qapalı qalıb. Bu hadisələrdən 72-si Bakı şəhəri, digərləri isə Gəncə, Quba, Xanlar və Bərdə rayonları ərazilərində baş verib. BDYPİ-nin Yol Patrul Alayının xidmət ərazisində hesabat dövründə 422 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 246 nəfər həlak olub, 509 nəfər yaralanıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə hadisələrin və yaralananların sayı uyğun olaraq 10,2% və 16,6% azalıb, həlak olanların sayı isə 8,8% artıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR