Bank Of Baku

Ötən 9 ayda 899 piyadanı maşın vurub, onlardan 268 nəfəri ölüb

Ötən 9 ayda 899 piyadanı maşın vurub, onlardan 268 nəfəri ölüb
# 15 oktyabr 2007 10:12 (UTC +04:00)
Cari ilin ötən 9 ayı ərzində ölkə ərazisində 899 piyadanı maşın vurub, nəticədə 268 piyada həlak olub, 684 yaralanıb. Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polis İdarəsindən (BDYPİ) APA-ya verilən məlumata görə, 105 yol-nəqliyyat hadisəsi piyadaların yol hərəkəti qaydalarını pozmaları nəticəsində baş verib, nəticədə 41 piyada həlak olub, 65-i yaralanıb. Bu hadisələrdən 7-si sərxoş piyadaların təqsirindən baş verib ki, nəticədə onlardan 4-ü həlak olub, 3-ü isə yaralanıb. Qeydə alınmış yol nəqliyyat hadisələri nəticəsində 71 nəfər uşaq və yeniyetmə həlak olub, 253 nəfər yaralanıb. Həlak olanların 45-i, yaralananların isə 145 nəfəri piyadalardır. Qeydə alınan hadisələr zamanı həlak olan 755 nəfərdən 596-ı kişilər, 159-u qadınlar, xəsarət almış 2362 nəfərdən isə 1789-u kişilər, 573-ü qadınlar təşkil edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR