Bank Of Baku

Xəzərdə qəzaya uğrayan vertolyotda itkin düşənlərdən daha ikisinin meyiti tapılıb

Xəzərdə qəzaya uğrayan vertolyotda itkin düşənlərdən daha ikisinin meyiti tapılıb
# 15 oktyabr 2007 11:56 (UTC +04:00)
ARDNŞ-in mətbuat xiodmətindən APA-ya verilən məlumata görə, bu gün saat 13.50 radələrində ARDNŞ-in Xəzər Dəniz Neft Donanmasının dalğıcları cəsədləri dənizin dibindən tapıb çıxarıblar. Cəsədlər “Çalqan-6” gəmisi vasitəsilə sahilə yola salınıb. Onların birinin aviasiya formasında, digərinin isə mülki geyimdə olduğu bildirilir. Cəsədi tapılanların şəxsiyyəti müəyyənləşdirildikdən sonra bu haqda əlavə məlumat veriləcək. Qəza nəticəsində itkin düşən daha iki nəfərin axtarışı davam etdirilir.
Qeyd edək ki, bu il oktyabrın 12-də qəzaya uğrayan vertolyotda olan 6 nəfərdən ikisinin meyiti oktyabrın 13-də tapılıb. APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR