Bank Of Baku

Masallı sakini bıçaqlanıb

Masallı sakini bıçaqlanıb
# 16 oktyabr 2007 08:03 (UTC +04:00)
Masallının “İstisu” müalicə pansionatı ərazisində bıçaqlanma hadisəsi qeydə alınıb. Masallı Rayon Polis Şöbəsindən (RPŞ) APA-nın cənub bürosuna verilən məlumata görə, Masallı şəhər sakini, 1963-cü il təvəllüdlü Gülməmməd Əlibala oğlu Baxşiyev şəxsi münaqişə zəminində Masallı şəhər sakini, 1972-ci il təvəllüdlü Vüqar Əzizağa oğlu Nurullayevə bıçaqla bədən xəsarəti yetirib. V. Nurullayev döş qəfəsinin sol tərəfində kəsilmiş-deşilmiş yara diaqnozu ilə Masallı Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə yerləşdirilib. MRX-dən APA-nın cənub bürosuna onun vəziyyətinin orta-ağır olduğu bildirilib. Polis əməkdaşlarının keçirdiyi operativ əməliyyat-axtarış tədbirləri nəticəsində G. Baxşiyev isti izlərlə yaxalanıb. Onun barəsində Masallı RPŞ-də CM-nin 126.2 maddəsi ilə cinayət işi açılıb, istintaq gedir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR