Bank Of Baku

Dayısının mənzilini qarət etmiş Masallı sakini yaxalanıb

Dayısının mənzilini qarət etmiş Masallı sakini yaxalanıb
# 16 oktyabr 2007 08:03 (UTC +04:00)
Masallı Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun həmkəndlisi Yalçın Fərzəli oğlu Qəmbərovun evindən oğurluq etmiş Ərkivan kənd sakini, 1987-ci il təvəllüdlü Raqif Məmməd oğlu Qasımov tutulub. RPŞ-dən APA-nın cənub bürosuna bildirilib ki, R. Qasımov Y. Qəmbərovun doğma bacısı oğludur. Dayı Rusiyaya səfərə gedərkən bacıoğlu onun evinə girərək, mənzildən dəyəri 1000 manat olan məişət avadanlıqlarını oğurlayıb və satmaq üçün onları həmkəndlisi, 1970-ci il təvəllüdlü Əbülfət Əbülfəz oğlu Əliyevə verib. Rusiyadan qayıdan Y. Qəmbərov evinin qarət olunduğunu görüb RPŞ-yə müraciət etmək qərarına gəlib. Oğrunun izinə düşmək səriştəli polis əməkdaşlarından çox vaxt istəməyib. Belə ki, Ə. Əliyev Masallı şəhər bazarında Y. Qəmbərova məxsus ev əşyalarını satdığı zaman yaxalanıb. İlkin dindirmə zamanı Ə. Əliyev bu malları ona Raqif Qasımovun verdiyini və satışında köməklik göstərməyi xahiş etdiyini bildirib. Şübhəli şəxs qismində saxlanılan R. Qasımov pula ehtiyacı olduğuna görə dayısının mənzilindən əşyaları oğurladığını boynuna alıb. Faktla bağlı Masallı RPŞ-də CM-nin 177.2 maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR