Bank Of Baku

Xəzərdə qəzaya uğramış vertolyotun qalıqlarının və iki nəfərin axtarışı davam etdirilir

Xəzərdə qəzaya uğramış vertolyotun qalıqlarının və iki nəfərin axtarışı davam etdirilir
# 16 oktyabr 2007 10:36 (UTC +04:00)
Bu barədə APA-ya Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən məlumat verilib. “Azərbaycan Hava Yolları” Dövlət Konsernindən isə APA-ya bildirilib ki, vertolyotun dənizdən çıxarılmış qalıqları Zabrat aeroportuna gətirilib.
Qeyd edək ki, vertolyot ARDNŞ-in Kompleks Qazma İşləri Trestinin “Qərbi Abşeron” dəniz neft-qaz yatağındakı “Xəzər-4” özüqalxan üzən qazma qurğusunda çalışan “Bayıl limanı” Kəşfiyyat Dəniz Qazma İdarəsinin əməkdaşı Qəhrəman Əsədovun səhhətində yaranmış problemlə əlaqədar xəstəni və onu müşayiət edən iş yoldaşı Zahid Şaşkayevi götürərək, havaya qalxdıqdan az sonra vertolyot qurğudan 200 metr aralıda dənizə düşüb. Hadisə zamanı vertolyotda 4 nəfər ekipaj üzvü və ARDNŞ-in adları çəkilən 2 əməkdaşı olub. Bu günədək Xəzər Dəniz Neft Donanmasının 20-dək dalğıcı və kran gəmiləri vasitəsi ilə dənizin 12 metr dərinliyindən 4 cəsəd və vertolyotun əsas hissələri çıxarılıb.
Qeyd edək ki, sudan çıxarılmış cəsədlər qəzaya uğramış vertolyotun kapitan Vladimir Nekrasov, 2-ci pilot Əhməd Əliyev, təlimatçı-kapitanı Viktor Qrinenko və onun köməkçisi, vertolyotun mexaniki Cahid İbrahimovdur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR