Bank Of Baku

Yardımlı sakinindən 40 qram heroin tapılıb

Yardımlı sakinindən 40 qram heroin tapılıb
# 16 oktyabr 2007 12:25 (UTC +04:00)
Daxili işlər orqanlarının əməkdaşları narkomaniya və narkotik ticarəti ilə mübarizəni davam etdirir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Yardımlı RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Astanlı kənd sakini Damət Tağıyevdən 40 qram heroin götürülüb. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Nəsimi RPİ 22-ci polis bölməsinin əməkdaşları Bakı şəhər sakini İntiqam Sultanovdan 0,231 qram heroin, Nərimanov RPİ 16-cı polis bölməsinin əməkdaşları Bakı şəhər sakini Əbülfət Abışovdan 0,214 qram heroin götürüblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR