Bank Of Baku

Yol qəzalarında 6 nəfər ölüb

Yol qəzalarında 6 nəfər ölüb
# 16 oktyabr 2007 12:34 (UTC +04:00)
Nərimanov rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Z. Bünyadov prospektində Bakı şəhər sakini Xanniyaz Hacıyevin idarə etdiyi “Moskvi甝 və Ağstafa rayon sakini Pərvin Tatarovun idarə etdiyi “KamAZ” markalı avtomaşınlar toqquşub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş X. Hacıyev orada vəfat edib. Faktla bağlı Nərimanov RPİ-də araşdırma aparılır.
İmişli rayonu ərazisində Aranlı kənd sakini Hikmət Hüseynov idarə etdiyi “VAZ-2107” markalı avtomaşınla Məzrəli kənd sakini İlkanə Məmmədovanı vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş İ. Məmmədova orada ölüb. Faktla bağlı İmişli RPŞ-də araşdırma aparılır.
Füzuli rayonu ərazisində Cəbrayıl rayon sakini Vidadi Haqverdiyev idarə etdiyi “Mercedes” markalı avtomaşını yolun kənarındakı ağaca vuraraq aşırıb. Nəticədə xəsarət almış V. Haqverdiyev və maşında olan qardaşı Vahid xəstəxanaya yerləşdirilib. Vahid orada dünyasını dəyişib. Faktla bağlı Füzuli RPŞ-də araşdırma aparılır.
Göyçay rayonunun Mirzəhüseynli kəndində Ağdaş rayon sakini Mustafa Kərimovun idarə etdiyi “Daewoo” və Sumqayıt şəhər sakini Vasif Mehdiyevin idarə etdiyi “Mercedes” markalı avtomaşınlar toqquşub. Nəticədə M. Kərimov və sərnişinlərindən həyat yoldaşı Sevil hadisə yerində keçinib, xəsarət almış qızı Samirə isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Göyçay RPŞ-də araşdırma aparılır.
Ağcabədi rayonunun Arasbar kəndində kənd sakini Qırımxan Piriyev idarə etdiyi “VAZ-2106” markalı avtomaşını aşırıb. Nəticədə xəsarət almış Q. Piriyev və sərnişini, qardaşı Ələkbər xəstəxanaya yerləşdirilib. Q. Piriyev orada vəfat edib. Faktla bağlı Ağcabədi RPŞ-də araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR