Bank Of Baku

Gəncə çayının sahilində yerləşən yarmarka tipli mağaza və köşklərin sökülməsinə başlanılıb

Gəncə çayının sahilində yerləşən yarmarka tipli mağaza və köşklərin sökülməsinə başlanılıb
# 17 oktyabr 2007 08:18 (UTC +04:00)
Gəncə çayının sahilində yerləşən mağaza və köşklərin sökülməsinə başlanılıb. Obyektlər Gəncə çayının hər iki sahildə sahilyanı parkın və istirahət mərkəzinin salınması ilə əlaqədar sökülür. APA-nın məlumatına görə, Gəncə şəhər icra hakimiyyəti başçısının iqtisadi məsələlər üzrə müavini Sahib Quliyev bildirib ki, Gəncə çayının sahilində yerləşən bu obyektlər Yeni Gəncə qəsəbəsində yeni salınmış “Nəhəng Daş” yarmarkasına köçürüləcək: “Burada ticarət edən şəxslərə “Nəhəng daş” yarmarkasında yerlər pulsuz paylanacaq. Gəncə çayının bu sahilində kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olan vətəndaşlar “Nəhəng Daş” yarmarkasınının aşağı hissəsində ayrılmış yerdə yerləşdiriləcəklər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR