Bank Of Baku

Əli Bayramlıda iki piyadanı avtomobil vurub

Əli Bayramlıda iki piyadanı avtomobil vurub
# 17 oktyabr 2007 09:37 (UTC +04:00)
Əli Bayramlıda iki piyadanı avtomobil vurub. Bu barədə APA-nın Mil-Muğan bürosuna Əli Bayramlı Şəhər Polis Şöbəsinin əməliyyat üzrə rəis müavini, polis mayoru Yaqub Məmmədov məlumat verib. Bu gecə saat 22:30-da Əli Bayramlı sakinləri Xanlar küçəsi-36 ünvanında yaşayan 1988-ci il təvəllüdlü Nicat Davud oğlu Ağayev və Tofiq İsmayılov küçəsi 11/35-də yaşayan 1989-ci il təvəllüdlü Araz Füzuli oğlu Tarverdiyevi Sabirabad rayonunda məskunlaşmış Cəbrayıl rayon sakini Əliyev Cabir Arif oğlu idarə etdiyi 14 BA 752 dövlət nömrə nişanlı “VAZ-21011” markalı avtomaşınla vurub. Hər iki piyada orta ağır vəziyyətdə şəhər xəstəxanasının reanimasiya və travmatologiya şöbələrinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR