Bank Of Baku

Azərbaycanın Şəki rayonunun sakini qonşusunu və öz anasını bıçaqlayıb

Azərbaycanın Şəki rayonunun sakini qonşusunu və öz anasını bıçaqlayıb
# 17 oktyabr 2007 10:29 (UTC +04:00)
Ötən gün Şəki sakini qonşusunu, sonra isə öz anasını bıçaqlayıb. Şəki rayon Polis Şöbəsindən (RPŞ) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə Şəki şəhəri, Novruz küçəsi, 6 saylı evdə baş verib. Şəki sakini Elçin Zahid oğlu Rüstəmzalov şəxsi münaqişə zəminində qonşuluqda yaşayan Mehparə Əli qızı Məmmədovanı bıçaqlayıb. Daha sonra E. Rüstəmzalov qonşusu ilə olan mübahisəyə müdaxilə edərək onları ayırmaq istəyən, anası Həqiqət Əliyevaya üç bıçaq zərbəsi endirib. Zərərçəkənlər ağır bıçaq zərbəsi və çoxlu qan itkisi ilə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin dediyinə görə, onların səhhəti ağırdır. Baş vermiş hadisəsi ilə əlaqədar E. Rüstəmzalov artıq saxlanılıb, onun barəsində cinayət işi başlanılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR