Bank Of Baku

Gəncədə “Qatır Məmməd” heykəlinin ətrafında yerləşən yarmarkada yanğın baş verib

Gəncədə “Qatır Məmməd” heykəlinin ətrafında yerləşən yarmarkada yanğın baş verib
# 17 oktyabr 2007 11:11 (UTC +04:00)
APA-nın Qərb bürosunun məlumatına görə, yanğınsöndürənlərin səyi nəticəsində yanğın saat 12:35 radələrində söndürülüb. Yanğın nəticəsində 140-160 kvadrat metr ərazi tamamilə yanıb.
Alov nəticəsində ticarət obyektləri yanmış vətəndaşlar yanğının qəsdən törədildiyini iddia edirlər: “Yarmarkanı ona görə yandırıblar ki, ərazini təcili boşaldaq”. Gəncə şəhər icra hakimiyyəti başçısının iqtisadi məsələlər üzrə müavini Sahib Quliyev isə yanğının səbəblərinin araşdırıldığını bildirib: “Bu obyektlər Gəncə çayının hər iki sahildə sahilyanı parkın və istirahət mərkəzinin salınması ilə əlaqədar sökülürdü. Burada ticarət edən şəxslərə “Nəhəng daş” yarmarkasında pulsuz yerlər paylanacaq. Gəncə çayının bu sahilində kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olan vətəndaşlar “Nəhəng Daş” yarmarkasının aşağı hissəsində ayrılmış yerdə yerləşdiriləcəklər”. Qeyd edək ki, polis hadisə yerində olan jurnalistlərin peşə borcunu yerinə yetirməsinə mane olub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR