Bank Of Baku

İran vətəndaşından 6 kiloqramdan çox tiryək götürülüb

İran vətəndaşından 6 kiloqramdan çox tiryək götürülüb
# 17 oktyabr 2007 13:04 (UTC +04:00)
Daxili işlər orqanlarının əməkdaşları narkomaniya və narkotik ticarəti ilə mübarizəni davam etdirir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş Fərhəng Feyzullah oğlu Muraqibəti 6 kiloqram 104,7 qram tiryəki 14 min dollara satarkən tutulub. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi və Bərdə RPŞ-nin əməkdaşları Yevlax rayon sakini Saleh İbrahimovdan 0,257 qram heroin, DİN Baş Mühafizə İdarəsi və Sumqayıt ŞPİ-nin əməkdaşları H.Z.Tağıyev qəsəbə sakini Samir Manafovdan 0,397 qram heroin, Xətai RPİ 35-ci polis bölməsinin əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Abbas Məmmədovdan 1,29 qram həşiş, Biləsuvar RPŞ-nin əməkdaşları narkotik vasitə ilə tutulmuş Sərraf Xankişiyevin evinə baxış zamanı 0,117 qram heroin, Sumqayıt ŞPİ-nin əməkdaşları Corat qəsəbə sakini Eldar İsgəndərovdan 1,106 qram heroin, Sabirabad RPŞ-nin əməkdaşları rayon sakini Vüsal Mənsimovun evinə baxış zamanı 512 qram marixuana götürüblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR