Bank Of Baku

Piyadanı vurub hadisə yerindən qaçmış sürücünün şəxsiyyəti müəyyənləşdirilib

Piyadanı vurub hadisə yerindən qaçmış sürücünün şəxsiyyəti müəyyənləşdirilib
# 17 oktyabr 2007 13:04 (UTC +04:00)
Piyadanı vurub hadisə yerindən qaçmış sürücünün şəxsiyyəti müəyyənləşdirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, oktyabrın 15-də saat 17:30 radələrində Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində müəyyən olunmamış avtomaşınla Ülviyyə Nəsirova vurulub. Nəticədə xəsarət almış Ü. Nəsirova xəstəxanaya aparılıb, ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Suraxanı RPİ 32-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin “Tofaş” markalı avtomaşının sürücüsü, Qaraçuxur qəsəbə sakini Samir Aslanov tərəfindən törədildiyi müəyyən edilib. Faktla bağlı Suraxanı RPİ-də araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR