Bank Of Baku

Yol qəzalarında 3 nəfər ölüb

Yol qəzalarında 3 nəfər ölüb
# 17 oktyabr 2007 13:13 (UTC +04:00)
Bakı-Aeroport yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bakıxanov qəsəbə sakini Füzuli Quliyevin idarə etdiyi “KamAZ” və Yeni Suraxanı qəsəbə sakini Şahin Babayevin idarə etdiyi “Mercedes” markalı avtomaşınlar toqquşub. Nəticədə Ş.Babayevin sərnişini, Bakı şəhər sakini Abdulla Ağayev hadisə yerində ölüb, xəsarət almış Ş.Babayev isə xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır. Faktla bağlı Suraxanı RPİ-də araşdırma aparılır.
Sumqayıt şəhərinin Z. Hacıyev küçəsində şəhər sakinləri Maarif Əliyevin idarə etdiyi “PAZ” və Gündüz Əliyevin idarə etdiyi “Mercedes” markalı avtomaşınlar toqquşub. Nəticədə xəsarət almış G. Əliyev və sərnişinləri - şəhər sakinləri Hüseyn Abdullayev və Ramil Atamov xəstəxanaya yerləşdirilib. H. Abdullayev və R. Atamova ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılmış, G. Əliyevin vəziyyəti isə orta-ağırdır. Faktla bağlı Sumqayıt ŞPİ-də araşdırma aparılır.
Xanlar rayonunun Alabaşlı kəndində kənd sakini Canpolad Seyidi-Mikiməqsəd idarə etdiyi “VAZ-21011” markalı avtomaşını maneəyə vurub. Nəticədə C. Seyidi-Mikiməqsəd hadisə yerində keçinib. Faktla bağlı Xanlar RPŞ-də araşdırma aparılır.
Gədəbəy rayonunun Slavyanka kəndində Kəlbəcər rayon sakini Əli Mənsimov idarə etdiyi “QAZ-3303” markalı avtomaşını aşırıb. Nəticədə Ə. Mənsimov hadisə yerində dünyasını dəyişib, xəsarət almış sərnişinləri - Samux rayon sakini Zahid Mehdiyev və Gəncə şəhər sakini Asif Orucov xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı Gədəbəy RPŞ-də araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR