Bank Of Baku

AzAL rəsmisi: “Hava şəraitinin pis keçməsinə baxmayaraq, qəzaya uğramış vertolyotun qalıqlarının və iki nəfərin axtarışı davam etdirilir”

AzAL rəsmisi: “Hava şəraitinin pis keçməsinə baxmayaraq, qəzaya uğramış vertolyotun qalıqlarının və iki nəfərin axtarışı davam etdirilir”
# 17 oktyabr 2007 13:24 (UTC +04:00)
“Hava şəraitinin pis keçməsinə və dənizdə dalğanın güclənməsinə baxmayaraq, oktyabrın 12-də qəzaya uğramış Mi-8 markalı vertolyotunun qalıqlarının və iki nəfərin axtarışı davam etdirilir”. Bunu APA-ya açıqlamasında “Azərbaycan Hava Yolları” Dövlət Konsernin baş direktor müavini Rauf Cəfərzadə deyib. R. Cəfərzadənin sözlərinə görə, dünən gün ərzində vertolyotlar vasitəsilə aparılan axtarışlar nəticə verməyib: “Dalğaların güclənməsi dalğıcların işini çətinləşdirsə də, Dövlət Neft Şirkətinin, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və sərhədçilərlə birgə axtarışları davam etdiririk”.
Qeyd edək ki, “Azərbaycan Hava Yolları” Dövlət Konserninin “AzALheliokopters” müəssisəsinə məxsus Mi-8 vertolyotu oktyabrın 12-də qəzaya uğrayıb. Vertolyot ARDNŞ-in Kompleks Qazma İşləri Trestinin “Qərbi Abşeron” dəniz neft-qaz yatağındakı “Xəzər-4” özüqalxan üzən qazma qurğusunda çalışan “Bayıl limanı” Kəşfiyyat Dəniz Qazma İdarəsinin əməkdaşı Qəhrəman Əsədovu səhhətində yaranmış problemlə əlaqədar və onu müşayiət edən iş yoldaşı Zahid Şaşkayevi götürərək, havaya qalxdıqdan az sonra dənizə düşüb. Hadisə zamanı vertolyotda 4 ekipaj üzvü və ARDNŞ-in adları çəkilən 2 əməkdaşı olub. Bu günədək Xəzər Dəniz Neft Donanmasının 20-dək dalğıcı və kran gəmiləri vasitəsi ilə dənizin 12 metr dərinliyindən 4 cəsəd və vertolyotun əsas hissələri çıxarılıb.
Qeyd edək ki, sudan çıxarılmış cəsədlər qəzaya uğramış vertolyotun kapitan Vladimir Nekrasov, 2-ci pilot Əhməd Əliyev, təlimatçı-kapitanı Viktor Qrinenko və onun köməkçisi, vertolyotun mexaniki Cahid İbrahimovdur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR