Bank Of Baku

BQXK nümayəndələri Azərbaycan tərəfə keçən erməni əsirə baş çəkiblər

BQXK nümayəndələri Azərbaycan tərəfə keçən erməni əsirə baş çəkiblər
# 17 oktyabr 2007 14:56 (UTC +04:00)
Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin əməkdaşları bir müddət əvvəl Azərbaycan tərəfə əsir düşən Ermənistan ordusunun əsgəri Ambarsum Asaturyanla görüşüblər. BQXK-nin Azərbaycan nümayəndəliyindən APA-ya verilən məlumata görə, əsirin saxlanma şəraiti, onunla rəftar barədə monitorinq aparılıb, ona ailəsi ilə məktub mübadiləsi aparmaq üçün şərait yaradılıb. BQXK nümayəndələri əsir əsgərə dördüncü dəfədir ki, baş çəkirlər.
Qeyd edək ki, 1984-cü ildə Ermənistanın Armavik rayonunda doğulan, bu il mayın 17-də həqiqi hərbi xidmətə çağırılan Ambarsum Mnakanoviç Asaturyan könüllü olaraq Azərbaycan tərəfə keçib və bunu Ermənistan ordusundakı özbaşınalıq, zabitlərin əsgərləri incitməsi və işgəncələr verməsi ilə əlaqələndirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR