Bank Of Baku

Balakən sakinin evindən 295 qram marixuana götürülüb

Balakən sakinin evindən 295 qram marixuana götürülüb
# 17 oktyabr 2007 16:13 (UTC +04:00)
Balakən polisi narkotik maddələrin qanunsuz dövriyyəsi, alqı-satqısı və istifadəsi ilə məşğul olan rayon sakinini həbs edib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Balakən rayon Polis Şöbəsinin (RPŞ) rəis müavini Loğman İsmayılov məlumat verib. Onun sözlərinə görə, rayon polis əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində rayonun Nəriman Nərimanov küçəsində yaşayan, 1983-cü il təvəllüdlü Anar Teymur oğlu Hüseynovun mənzilindən 295 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. A. Hüseynovun artıq saxlanıldığını vurğulayan L. İsmayılov faktla bağlı RPŞ-də cinayət işinin açıldığını və araşdırmaların davam etdirildiyini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR