Bank Of Baku

Bu il Azərbaycanda baş verən yol qəzalarında 734 nəfər həlak olub

Bu il Azərbaycanda baş verən yol qəzalarında 734 nəfər həlak olub
# 18 oktyabr 2007 08:49 (UTC +04:00)
Bu barədə APA-ya Daxili İŞlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən məlumat verilib. Bu cinayətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 23 fakt (-2,0%, 1153-1176) azdır. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətləri azalmasına baxmayaraq, ölümlə nəticələnən yol-nəqliyyat hadisələri 30 (+5,4%, 588-558) fakt artıb. Yol-nəqliyyat hadisələri nəticəsində 734 şəxs həlak olub. Hesabat dövründə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətlərinin 92,5 faizinin (o cümlədən ölümlə nəticələnən yol-nəqliyyat hadisələri ilə bağlı cinayətlərin 94,4%) üstü açılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR