Bank Of Baku

Hüquq-mühafizə orqanlarının əməkdaşları Azərbaycanın şimal-qərb bölgəsində xüsusi əməliyyat keçirir

Hüquq-mühafizə orqanlarının əməkdaşları Azərbaycanın şimal-qərb bölgəsində xüsusi əməliyyat keçirir
# 18 oktyabr 2007 09:48 (UTC +04:00)
Əməliyyat-axtarış tədbirlərinə silahlı polis əməkdaşları və Daxili Qoşun (DQ) qüvvələri cəlb edilib. Magistral yollarda və rayon mərkəzlərində postlar qurulub, şəhərlərə gəlib-gedən maşınlar yoxlanılır. Hüquq-mühafizə orqanlarındakı mənbələrdən APA-nın bölgə bürosuna daxil olan məlumata görə, əməliyyat-axtarış tədbirləri Gəncə mərkəzi poçtunda baş verən soyğunçuluq hadisəsi ilə bağlıdır. Başqa bir etibarlı mənbədən isə bildirilib ki, aparılan əməliyyat-axtarış tədbirləri bir neçə gün öncə Sumqayıtda keçirilən xüsusi əməliyyatın davamıdır. Lakin hüquq-mühafizə orqanlarından APA-ya aparılan axtarışlar barədə əməliyyat başa çatdıqdan sonra açıqlama veriləcəyi bildirilib.
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) ictimai əlaqələr mərkəzinin rəhbəri Arif Babayev oktyabrın 10-da Sumqayıtda keçirilmiş əməliyyatla bağlı APA-nın sorğusuna cavab olaraq bildirib ki, MTN həqiqətən Sumqayıtda belə bir əməliyyat keçirib. Amma bu heç də bəzi müxalifət qəzetlərində əksini tapmış məlumatlarda göstərilənlər kimi deyil. MTN sentyabrda Qusarda polis əməkdaşlarına silahlı müqavimət göstərmiş Telman Abdullayevin üzvü olduğu cinayətkar qrupun digər üzvlərinin zərərsizləşdirilməsi istiqamətində Sumqayıtda və şəhərə bitişik ərazilərdə əməliyyat-axtarış tədbiri keçirib. Nəticədə cinayətkar qrupun bir neçə üzvü tutulub. Onlardan çoxlu sayda döyüş silah-sursatı, partlayıcı qurğu, ləvazimat, o cümlədən, 4 ədəd əl qumbarası, qumbara üçün 4 ədəd alışdırıcı, 91 ədəd detonator, 875 qram trotil, 150-dən çox avtomat silah patronu, partlayıcı qurğunu işə salmaq üçün 1 ədəd avadanlıq və mobil telefonlar, Sumqayıt şəhərinin planı, siqnal fişəngi, hərbi geyim, soyuq silah, multimedia sistemli kompüter, digər əşyalar aşkarlanaraq götürülüb. Hazırda həmin qrupun digər üzvlərinin zərərsizləşdirilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri davam etdirilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR