Bank Of Baku

Bakı sakini Zaqatalada intihar edib

Bakı sakini Zaqatalada intihar edib
# 18 oktyabr 2007 10:00 (UTC +04:00)
42 yaşlı Bakı sakini Zaqatalada intihar edib. APA-nın Şəki-Zaqatala bürosunun xəbərinə görə, Bakı şəhərinin Nəsimi rayon sakini, 1965-ci il təvəllüdlü İlham Manaf oğlu Məmmədov Zaqatala şəhərində yerləşən atasına məxsus evin emalatxanasında dirəkdən özünü asıb. Mərhumun ailəsinin dediyinə görə, İ. Məmmədov bir neçə il əvvəl ağır yol qəzasına düşüb. Qəzadan sonra o, özünü yaxşı hiss etmir, ayaq ağrılarından əziyyət çəkirdi. Zaqatala Rayon Prokurorluğundan (RP) APA-nın yerli bürosuna verilən məlumata görə, tibbi ekspertizanın rəyinə əsasən meyitin üzərində heç bir zorakılıq əlamətləri aşkar edilməyib. Faktla bağlı araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR