Bank Of Baku

15 yaşlı Zabrat sakini yoxa çıxıb

15 yaşlı Zabrat sakini yoxa çıxıb
# 18 oktyabr 2007 10:33 (UTC +04:00)
Bu barədə APA-ya onun anası Ədilə Haşımova məlumat verib. Ə. Haşımova bildirib ki, oğlu oktyabrın 12-də səhər saat 09.30 radələrində evdən çıxaraq iş axtarmağa getdiyini söyləyib: “O bildirdi ki, Bakıxanov qəsəbəsində kafe və ya restoranlarda iş tapıb işləmək istəyir. Bizim maddi vəziyyətimiz çox ağırdır, buna görə də o, işləmək istədiyini dedi. Evdən çıxanda cibində cəmi 1 manat pulu vardı. Altı gündür, harada olması barədə məlumatımız yoxdur”. Ə. Haşımova oğlunun qan azlığından əziyyət çəkdiyini, iki ilə yaxın fasiləsiz müalicə aldığını, bunun nəticəsində də bəzən huşunun yerində olmadığı, yolda yuxuladığını, əl-ayağının keyləşdiyini də bildirib: “Biz hadisədən dərhal sonra Sabunçu rayon 15-ci polis bölməsinə müraciət etmişik. Onlar bizə axtardıqlarını desələr də, hələ nəticə barədə heç nə söyləmirlər. Özümüz də hər yeri axtarmışıq. Yalnız iş axtarmaq üçün getdiyi Bakıxanov qəsəbəsində bir kafedə gəlib iş istədiyini, boş yerləri olmadığını söylədikləri məlumdur. Sonra hara gedib, kimsə bilmir. Xəstəxanaları, “morqları”, polis bölmələrini axtarmışıq, gördüm deyən yoxdur”. Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsindən isə APA-ya bildirilib ki, baş verən hadisə ilə bağlı polis bölməsinə oktyabrın 14-də müraciət olunub. İ. Haşımovun tapılması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir, hələlik onun haqqında hər hansı məlumat əldə etmək mümkün olmayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR