Bank Of Baku

Hacıqabulda baş verən yol qəzası nəticəsində 5 nəfər həlak olub

Hacıqabulda baş verən yol qəzası nəticəsində 5 nəfər həlak olub
# 18 oktyabr 2007 12:59 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rayonun Muğan qəsəbəsində Goranboy rayon sakini Sərkər Qəhrəmanovun idarə etdiyi “KamAZ” və Cəbrayıl rayon sakini Yavər Vəliyevin idarə etdiyi “VAZ-21099” markalı avtomaşınlar toqquşub. Nəticədə Y. Vəliyev və sərnişinləri - həmyerliləri Zöhrab Vəliyev, Firəngiz Mamayeva, Hafiz Məmmədov və Murad Mamayev hadisə yerində həlak olublar. Faktla bağlı Hacıqabul RPŞ-də araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR